Modern.az

Geni dəyişdirilmiş məhsullar və insan faktoruna vurulan zərbə

Geni dəyişdirilmiş məhsullar və insan faktoruna vurulan zərbə

7 Yanvar 2014, 11:51

Bu gün geni dəyişdirilmiş  GMO məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə olunur. Həmin qidaların istifadəsinin fəsadları da hiss olunmaqdadır. Qanunla isə Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulmuşdur. Sonuncu sənədin tələblərinə görə Azərbaycan GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürüb. 

Verilən məlumatlara görə, bu məhsulların ölkədə  yayılmasının qarşısını almaq üçün bir sıra  dövlət qurumları birlikdə tədqiqatlar aparmalıdır. Əgər  araşdırmalar zamanı hər hansı formada geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul edilməlidir. Ancaq nə etmək olar  satış mərkəzlərinin piştaxtalarını bu məhsullar  hər zaman bəzəyir.  

Təəssüf ki, bu sahə getdikcə inkişaf etməkdədir.  Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən Azərbaycanda da  GMO  əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm  bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz  həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi  hər birimiz mövsümü olaraq yetişdirilən  bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.


Bu ticarətlə,  bəzi  hallarda onun yetişdirilməsi ilə məşğul olan  şəxslər  və onları  himayə edən qüvvələr  bildirirlər ki,  bunlar  Genetik Modifikasiya Olunmuş (GMO) məhsullar deyil.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, xaricdən idxal olunan bütün məhsulların  hamısına  GMO  adı vermək düzgün deyil. Hansı məhsulun  GMO olduğunu laborator analizlərdən sonra müəyyən etmək olar. Bu gün müstəqil laboratoriyyaların mövcudluğu və fəaliyyəti şübhə doğurur. Belə məqamda istehlakçı aldanır,  pulunu və sağlamlığını itirir.

 Mən araşdırmalar nəticəsində   bəzi   rəqəmlərlə rastlaşdım.  Deməli, Azərbaycanda yetişdirilən və satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizini yeni növ məhsullar təşkil edir. Bunlar  GMO məhsullarıdır  və yaxud nədir onu demək çətindir. Əsas odur ki, həmin məhsullarların keyfiyyəti yoxdur və mənşəyi şübhə doğurur. 

 Digər bir narahatlıq döğuran Quba alması barədə   bəzi məqamları qeyd etmək istərdim. İlk öncə onu qeyd edim ki, həmin bölgənin şanlı-şöhrətli  almalarına rast gəlmək mümkün deyil. Bu gün Quba bağlarında daha çox yeni  alma növlərinə üstünlük verilir.  Yerli fermerlərin  qənaətincə, bunun səbəbi isə daha çox məhsul əldə etmək istəyi ilə bağlıdır. Bəzən Quba alması adı ilə  müxtəlif yerlərdə satıılan bu məhsulların satışı fermerlərin büdcəsini  xeyli qaldırır. İstehlakçıların övqatını qaldırması çətin məsələdir.

Çox bəsit olsa bu  bu fikri mən  demək istərdim. Azərbaycan kimi zəngin  iqlim şəraiti olan  məkanda  GMO məhsullarının yetişdiriməsinə nə ehtiyac var?  Axı, gen mühədisliyi olmadığı, yaranmadığı  əvvəlki  dövrlərdə  daha yaxşı  məhsullar  yetişdirilirdi. Bü günün mənzərəsi onu deməyə əsas verir ki, GMO əməliyyatları  kimlərinsə daha yaxşı para qazanmasına xidmət edir. İnsan faktoru, istehlakçının sağlamlığı hər bir normal cəmiyyətlərdə dəyərli kapitaldır. Onu da unutmaq olmaz ki,  zərərli məhsullar Qarabağ münaqişəsi qədər insan faktoruna zərbə vurur.

Mənşəyi bilinməyən geni dəyişdirilmiş, xüsusilə xaricdən gətirilən bu məhsulların əhalinin genefonduna vurduğu ziyanı ortalığa çıxarmaq üçün ciddi tədqiqatlara ehtiyac var.

Bu gün insanların böyük əksəriyyəti  sağlamlığından şikayət edir. Əvvəlki illərlə müqayisədə  xəstəxanaların xəstə sarıdan  problemi yoxdur. Mənim fikrimcə bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də  Genetik Modifikasiya Olunmuş (GMO) məhsullardır. Çünki insanların qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman  yığılıb qalır. Nəticələr isə göz qabağındadır. Bu sahədə həyəcən təbili çalınmalıdır.

İlk növbədə müxtəlif təbəqələr arasında maarifləndirmədən başlamaq lazımdır. İstehlakçı bilməlidir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir. İkincisi, yerli istehsala diqqət və qayğı daha da artmalıdır. Geni dəyişdirilmiş müxtəlif bitkilərin, meyvə və tərəvəz növlərinin əgər toxumundan yerli sahibkarlar tərəfindən istifadə olunursa, bu işə nəzarət edilməlidir, müxtəlif tədqiqat mərkəzləri tərəfindən bu məsələlər araşdırılmalıdır. Ən əsas bu sahədə ictimai nəzarəti təmin etmək məqsədilə  geniş tərkibli  QHT-Koalisiyasının yaradılmasına ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi