Modern Media Qrupun təşkilatçılığı ilə 7 jurnalist ödənişsiz göz əməliyyatı ediləcək.
Bu barədə Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı məlumat verib.
O qeyd edib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 7 jurnalist üçün ödənişsiz "Excimer" lazer göz əməliyyatı həyata keçiriləcək.
Əməliyyat tanınmış həkim oftalmoloq Qurban İsmayılov tərəfindən ediləcək.
Qurban İsmayılov Modern Media Qrupun jurnalistlər üçün göz əməliyyatı təklifini təqdir etdiyini bildirib və əməliyyatın ödənişsiz həyata keçirilməsi müraciətinə müsbət cavab verib.