Modern.az

Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir

Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir

7 Yanvar 2014, 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 
Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 08-də hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu