Modern.az

Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzinin açılışında olublar

Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzinin açılışında olublar

7 Yanvar 2014, 13:24


Yanvarın 7-də paytaxtda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da açılışda iştirak ediblər.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə Mehriban Əliyevaya məlumat verib.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə sərəncam imzalamışdı.
Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı səhiyyə işçiləri ilə görüşüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu