Modern.az

Zelenski yenidən insanları güldürə bilərmi...

Zelenski yenidən insanları güldürə bilərmi...

Dünya

19 Dekabr 2024, 00:37

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa mətbuatına verdiyi müsahibədə aktyorluq karyerası ilə bağlı suala cavab verib.

Modern.az xəbər verir ki, “Le Parisien” qəzetinin müxbirinin "Bir vaxtlar insanları güldürürdünüz. Yenidən bunu edə biləcəyinizi düşünürsünüzmü?" sualına Zelenski gülümsəyərək cavab verib.

 

Zelenski, bu məsələnin onun daxili vəziyyətindən asılı olduğunu bildirib.

 

"Niyə bunun uyğunsuz bir sual olduğunu düşünürsünüz? Bu, çox yaxşı sualdır!. Səmimi desəm, bu, mənim daxilimdə olan insandan asılıdır. Müharibə bizim hər birimizə təsir edir. Əgər daxilimdəki o insanı itirməsəm, bəli, hər şey mümkündür. Amma indi bunu təsəvvür etmək çox çətindir."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi