Modern.az

Kralın qızı dələduzluqda şübhəli bilinir

Kralın qızı dələduzluqda şübhəli bilinir

7 Yanvar 2014, 14:36

İspaniya kralı Xuan Karlosun kiçik qızı İnfanta Kristina çirkli pulların yuyulması və dələduzluqda şübhəli bilinərək məhkəməyə çağırılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, 48 yaşlı hersoqinya Palma-de-Mayorkskaya əri İnyaki Urdanqarinin işgüzar əməliyyatları ilə bağlıdır. Jurnalistlərin məlumatına görə, ötən il Urdanqarinin əmlakına həbs qoyulub, bundan sonra onu xeyriyyə fondlarından birinə ayrılan nir neçə milyon avronun səmərəsiz istifadəsində şübhəli biliblər. İnfanta Kristina indi şübhəli statusundadır və martın 8-də məhkəmə qarşısında cavab verməlidir. Bu, ölkənin yeni tarixində ilk hadisədir ki, kralın qohumları cinayətdə şübhəli bilinərək məhkəməyə çağırılırlar.

Modern. az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu