Modern.az

Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə GÖTÜRDÜ - FOTO+VİDEO

Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə GÖTÜRDÜ - FOTO+VİDEO

Təhsil

19 Dekabr 2024, 16:42

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir. 

Bu barədə Modern.az-a Nazirlikdən məlumat verilib.

Bildirilir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. 

***

15:33

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tüstülənməyə səbəb olan soba və yanacaq maddəsi rəsmi qurumlar tərəfindən təmin olunub.

Bunu Modern.az-a açıqlamasında kənd icra nümayəndəsi Ələsgər Vəliyev bildirib.

“Külək tüstünü içəri vuranda dərhal hadisədən xəbərdar olunaraq şagird və müəllimləri təxliyə etməyə başlayıblar. Zəhərlənənlər arasında müəllim, direktor müavini və məktəbin texniki işçisi də olub. Əlaqəli dövlət orqanlarının əməkdaşları hələ də xəstəxanadadır. Ümumi olaraq 61 nəfər xəstəxanaya gətirilmişdi. Artıq 40-50 nəfər evə buraxılıb", - o qeyd edib.

 

***

13:53

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən tüstülənmə yaranıb.

Modern.az-ın məlumatına görə, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. 

TƏBİB 55 nəfərin Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunduğunu bildirib.

Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Hadisə baş verən məktəbdən görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi