Modern.az

Roma Papası Baydeni Vatikana dəvət etdi

Roma Papası Baydeni Vatikana dəvət etdi

Dünya

20 Dekabr 2024, 10:48

ABŞ prezidenti Co Bayden və Roma Papası Fransisk cümə axşamı telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Bayden və Papa Fransisk bayramlar zamanı dünyada sülhü təşviq etmək səylərindən danışıblar.

“Prezident dünyada iztirabların aradan qaldırılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”, - Jan-Pyer əlavə edib. O qeyd edib ki, Bayden pontifikin gələn ay Vatikana səfər etmək dəvətini də qəbul edib.
Ağ Ev Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın baş naziri Giorgia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi