Modern.az

59 yaşlı kişinin ölümü ilə bağlı yeni DETALLAR

59 yaşlı kişinin ölümü ilə bağlı yeni DETALLAR

Hadisə

20 Dekabr 2024, 11:28

İmişlidə elektrik cərəyanının vurması nəticəsində 59 yaşlı Rasim Şükürovun ölməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kV-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbər ilə bağlı
59 yaşlı kişini "tok" vurub ÖLDÜRDÜ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi