Modern.az

Simonyanın şəkilləri erməniləri hiddətləndirdi - FOTOLAR

Simonyanın şəkilləri erməniləri hiddətləndirdi - FOTOLAR

Dünya

20 Dekabr 2024, 11:32

Ermənistan parlamentinin sədri Alen Simonyanın Hindistan səfərilə bağlı sosial şəbəkələrdə paylaşdığı şəkillər ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Modern.az xəbər verir ki, Ermənistanın müxalifyönlü KİV-ləri və sosial şəbəkə istifadəçiləri Alen Simonyanı Hindistana rəsmi səfər çərçivəsində dövlət büdcəsi hesabına əylənməkdə ittiham ediblər.

Fotolarda Simonyan gah rəqs edir, gah da filin üstündə gəzir. Bu görüntülər yoxsullquq səviyyəsi yüksək olan erməni cəmiyyətində narazılıq doğurub. Bildirilib ki, son illər çoxlu itkilər verən yoxsul dövlətin hakimiyyət nümayəndəsinin davranışı vəziyyətə uyğun olmalıdır, amma görünür ki, Alen Simonyan etika və nəzakət hisslərini itirib.

Qeyd edək ki, Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti beş günlük Hindistan səfərinə gedib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi