Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi postuna yeni təyinat olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.
İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov təyin olunub.
***
11:33
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, məlumatı "qafqazinfo" saytı yayıb.
Məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.