Modern.az

Müdafiə Nazirliyi mətbuata tövsiyə verdi: “Bu məlumatlara həssaslıqla yanaşın”

Müdafiə Nazirliyi mətbuata tövsiyə verdi: “Bu məlumatlara həssaslıqla yanaşın”

7 Yanvar 2014, 16:47

“Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır. Aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib”. Modern.az xəbər verir ki, bu açıqlama ilə Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib. Açıqlamada daha sonra bildirilib:

“Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu