Modern.az

Con Kerridən İlham Əliyevə məktub: “Sizə davamlı dəstəyimizi vəd edirəm”

Con Kerridən İlham Əliyevə məktub: “Sizə davamlı dəstəyimizi vəd edirəm”

7 Yanvar 2014, 17:10


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, məkubda deyilir:

“Hörmətli cənab Prezident,
“Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Sizi və Azərbaycan xalqını təbrik edirəm.
17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir.
Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”.
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu