Modern.az

Bayden administrasiyası son günə kimi Ermənistan-Azərbaycan məsələsilə məşğul olacaq

Bayden administrasiyası son günə kimi Ermənistan-Azərbaycan məsələsilə məşğul olacaq

Dünya

20 Dekabr 2024, 15:33

ABŞ prezidentinin hazırkı administrasiyası son günə kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək.

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel ABŞ-ın səylərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gətirib çıxarmamasından ABŞ-ın məyus olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz məyusluqlara diqqət yetirməməyə çalışırıq və sadəcə işləməyə davam edirik. Dövlət katibi  Blinken uzun müddətdir ki, bir çox məsələlərdə işlərin öz bəhrəsini verməyə başlamazdan əvvəl günlərlə gərgin iş lazım olduğunu bildirib”.

Vedant Patel deyib ki, bu məsələ bu administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb etməkdə davam edir: “Biz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi