Modern.az

Bayden Roma Papası ilə DANIŞDI

Bayden Roma Papası ilə DANIŞDI

Dünya

20 Dekabr 2024, 15:52

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı sülh səyləri, insan hüquqlarının təşviqi və dini azadlıqların qorunması istiqamətində müzakirələr aparılıb.

Papa Cozef Baydeni səlahiyyət müddəti başa çatmazdan əvvəl yanvarda Vatikana səfərə dəvət edib.

Qeyd edək ki, Cozef Bayden Ağ evi tərk etməzdən əvvəl sonuncu səfərini yanvarın 9-12-də İtaliyaya və Vatikana edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi