Modern.az

“Qanun”nun Vergilər Nazirliyilə 2-ci məhkəməsinin tarixi bəlli oldu

“Qanun”nun Vergilər Nazirliyilə 2-ci məhkəməsinin tarixi bəlli oldu

7 Yanvar 2014, 17:19

“Qanun” Nəşriyyatının Vergilər Nazirliyinə qarşı məhkəmə çəkişməsinin növbəti iclasının tarixi məlum olub. Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Modern.az-a bildirib ki, yanvarın 10-da ikinci məhkəmə iclası baş tutacaq.

Qeyd edək ki, dekabrın 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Qanun” nəşriyyatının Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi üzrə ilk iclas keçirilib. Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də “Qanun” nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatdan sənədlər, əlyazmaları və kompüterlər götürüblər. Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan “Qanun” fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar geri qaytarılmayıb.

Elmin Nuri  
Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu