Modern.az

Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM

Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM

Media

20 Dekabr 2024, 16:19

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüd Q.Məhhərəmliyə Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin edilib.

Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilib.

O, bu il 70 yaşını qeyd edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?