Modern.az

Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ

Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ

İdman

20 Dekabr 2024, 20:02

Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinə yeni müdir təyin edilib.

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Cavad Axundzadə gətirilib.

Qeyd edək ki, Cavad Axundzadə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. 2007-ci ildən əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

O, repressiya qurbanı olan Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu