Modern.az

Ağasif Şakiroğlu: “Yeni partiyaya YAP-dan da qoşulanlar olacaq”

Ağasif Şakiroğlu: “Yeni partiyaya YAP-dan da qoşulanlar olacaq”

7 Yanvar 2014, 17:33

Gələcək Azərbaycan Partiyası (GAP) rayon təşkilat komitələrinin sədrlərinin və Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə geniş toplantı  keçirilib. 

Bu barədə Modern.az-a qurumun Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu məlumat verib. O bildirib ki, GAP TK-nın toplantısında qurumun emblem və logosuna müəyyən əlavə və dəyişikliklər edilib: “Qurumun nizamnamə və məramnamə layihələri geniş müzakirə edilib. TK-nın üzvləri tərəfindən məlum sənədlərə əlavə və düzəlişlər edilməklə təklif edilən məramnamə və nizamnamə ilkin sənət olaraq qəbul edilib. Təsis konfransına hazırlıqla bağlı TK üzvwlərindən ibarət xüsusi qərərgah yaradılıb. Yanvarın ikinci on günlüyünə qədər təsis konfransının keçirilməsinə qərar verilib”.

A.Şakiroğlu yeni yaradılacaq partiyaya başqa partiyalardan da qoşulanların olacağını deyib: “Elm adamlarının, ziyalıların, eyni zamanda digər partiyalardan, xüsusilə Yeni Azərbaycan Partiyasının (YAP) üzvülərindən bir neçəsi yeni yaradılan partiyaya transfer olacaq”.

Xatırladaq ki, yeni yaradılan partiyanın keçmiş səhiyyə naziri Əli İnsanova, eks-spiker Rəsul Quliyevə, sabiq millət vəkili Hüseyn Abdullayevə bağlılığının olduğu iddia edilir. A.Şakiroğlunun eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etməsi iddiaların doğruluğuna əsas yaradır. Partiya rəhbərliyi isə iddiaları təkzib edir.


İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu