Modern.az

Gəncədən Mehriban Əliyevaya məktub gəlib: “Məni 20 illik əlil arabasından aldınız”

Gəncədən Mehriban Əliyevaya məktub gəlib: “Məni 20 illik əlil arabasından aldınız”

7 Yanvar 2014, 17:58

Gəncə şəhərində yaşayan Rəcəbova Təranə Əbülfət qızı Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya təşəkkür məktubu göndərib. Məktub sahibi qeyd edir ki, 20 il bundan əvvəl onurğası sınıb və buna görə də düz 20 il ayağa durub hərəkət edə bilməyib. Aparılan müalicələr də bir nəticə verməyib. O, hər şeydən əlimi üzərək ömürlük əlil olmağıyla barışıb.
 Məktubda qeyd edilir ki, Azərbaycanın birinci xanımı insanların ən zəif müdafiə olunan təbəqəsinin problemlərinə çox həssaslıqla yanaşır. Bu məsələ onda gələcəyə ümid yaradıb. Bundan sonra xəstə qadın Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib. Müraciətə müsbət cavab verilib.
Təranə Rəcəbova Mehriban Əliyevanın köməyi ilə Bakıda Tusi klinikasında 7 ay müalicə olunub. Müalicə nəticəsində o, 20 il əlillik arabasından ayrılıb və indi sərbəst gəzə bilir. Özünü dünyanın ən xoşbəxt adamı hesab edən Təranə Rəcəbova bu xoşbəxtliyə görə birinci xanıma borclu olduğunu yazır:

“Bu xoşbəxtliyi mənə Siz bağışladınız və mənə sevinc dolu ikinci həyat verdiniz. İnsan üçün sağlam olmaqdan yaxşı heç nə ola bilməz. Mənə göstərdiyiniz bu qayğıya və diqqətə görə ailəmiz və bütün qohumlarımız adından Sizə hədsiz minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Biz, Sizin xeyirxahlığınızı ömrümüzün sonunadək unutmayacağıq. Biz yaxşı başa düşürük ki, ölkə vətəndaşına və onun ən sadə insanına qarşı belə humanist qayğı dövlətimizin başçısı, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasətin nəticəsidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu