Modern.az

Almaniyada terror: ölü və yaralıların sayı artdı - YENİLƏNİB (VİDEO)

Almaniyada terror: ölü və yaralıların sayı artdı - YENİLƏNİB (VİDEO)

Dünya

21 Dekabr 2024, 00:05

Almaniyadan baş verən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.

Modern.az bu barədə "Welt" telekanalına istinadən xəbər verir.

Bildirilib ki, həlak olanların sayı 20-yə, yaralıların sayı 80-ə yaxınlaşır.

***

23:41

Almaniyanın mərkəzində yerləşən Maqdeburq şəhərində avtomobil Milad bazarına gələn insanlara çırpılıb.

 

Modern.az xəbər verir ki, bu barədə MDR teleradio şirkəti məlumat yayıb.

 

Hadisə nəticəsində 10-dan çox şəxsin öldüyü, 60-dan çox yaralıların olduğu bildirilir.

 

Hökumət sözçüsü Matthias Şuppe telekanala deyib ki, polis avtomobilin sürücüsünü saxlayıb. Ərazidə xilasedicilər və hüquq-mühafizə orqanları işləyir, yarmarka ziyarətçilər üçün bağlanıb.

 

O, hadisəni terror aktı adlandırıb. Səlahiyyətlilər vətəndaşlardan şəhər mərkəzindən uzaq durmağı xahiş edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi