Modern.az

Sumqayıtdakı zavodda yanğın söndürüldü

Sumqayıtdakı zavodda yanğın söndürüldü

21 Dekabr 2024, 13:52

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

***

13:08

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu