Modern.az

1500-ə yaxın evin qazı kəsiləcək

1500-ə yaxın evin qazı kəsiləcək

Aktual

21 Dekabr 2024, 19:29

İmişli rayonunun iki yaşayış məntəqəsində qaz kəsiləcək.

 

Modern.az-ın məlumatına görə, rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23 dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış