
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 27-28-də İrana səfərə gedəcək.
Modern.az saytı İRNA agentliyinə istinadən bildirir ki, bu məlumatı İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Mərziyə Afhjam verib. Ərdoğan səfər zamanı İran nümayəndələri ilə ikitərəfli əlaqələrin inkişafı, regiondakı və beynəlxalq arenadakı hadisələri müzakirə edəcək. Məlumatda qeyd edilir ki, səfər zamanı Türkiyə ilə İran arasında güzəştli ticarət rejimi haqda razıaşma da imzalanacaq.
Modern.az