Modern.az

Dəhşətli bərə qəzası - Onlarla insan öldü

Dəhşətli bərə qəzası - Onlarla insan öldü

Dünya

22 Dekabr 2024, 14:57

Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batması nəticəsində azı 38 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

 

Məlumata görə, bərə qəzası Busira çayında qeydə alınıb.

 

Daha 100 nəfərin itkin düşdüyü bildirilir.

 

Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub.

 

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimala görə, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adam olması olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi