Modern.az

“Sosial şəbəkələr getdikcə dəbdən düşəcək”

“Sosial şəbəkələr getdikcə dəbdən düşəcək”

Təhsil

8 Yanvar 2014, 10:28

“Heç bir sosial şəbəkə ünsiyyət vasitəsini əvəz edə bilməz. Mən sosial şəbəkələrin əleyhinə deyiləm”. Bunu Modern.az saytına psixoloq Dəyanət Rzayev  bildirdi.

“Sosial şəbəkələr bir çoxlarının iş həyatına yaxından kömək edir. Bəziləri şirkətini, məhsulunu asanlıqla sosial şəbəkədə reklam edə bilir. Bildiyiniz kimi, reklamlar çox baha başa gəlir. Sosial şəbəkədə kimsə qrup yığır, kimsə biznesi üçün istifadə edir və s. Çox istifadə olunduğu halda isə bu vərdişə çevrilir. İnsan bir növ internetdən asılı hala düşür. Virtual ünsiyyətə keçdikdən sonra bəzilərində normal ünsiyyətdə problemlər yaranır. İnsanlarla təmasda çətinlik çəkir”.

Psixoloqun sözlərinə görə, ünsiyyət dili özü bir bacarıqdır.
“Daha çox virtullaşan insanlarda real ünsiyyət getdikcə azalır. Sosial şəbəkələr burda bir növ vasitəçi rol oynayır. Düşünürəm ki, sosial şəbəkələr də getdikcə öz mahiyyətini itirəcək. Necəki, bir vaxtlar mobil telefonlar dəbdə idi. Onların dövrü keçdi. İndi isə dəbdə sosial şəbəkələrdir. Bu dəb, eyforiya da yaşanılır və müəyyən müddətdən sonra onlardan istifadə də azalacaq”.  

Gülşən Raufqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu