Modern.az

İlin sonuncu oyunu: "Qarabağ" qələbə qazandı - VİDEO

İlin sonuncu oyunu: "Qarabağ" qələbə qazandı - VİDEO

İdman

22 Dekabr 2024, 19:09

"Qarabağ" Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

 

Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.

 

41-ci dəqiqədə Yassin Benzia hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb.

 

Birinci pillədə qərarlaşan "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. Naxçıvan klubu 39 xalla ikinci sıradadır.

 

Günün ilk görüşündə "Şamaxı" evdə "Sabah"ı məğlub edib - 3:1.

 

Qeyx edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"dən üstün olub - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular