Modern.az

8 ildən sonra Putinlə yenidən görüşdü

8 ildən sonra Putinlə yenidən görüşdü

Dünya

22 Dekabr 2024, 21:37

Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş Kremldə baş tutub.

Görüşün detalları açıqlanmayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov görüşdə müzakirə olunan məsələlər barədə açıqlama verməyib və görüşün sonuna qədər gözləməyi tövsiyə edib.

Vladimir Putin və Robert Fiko arasında son görüş 2016-cı ildə baş tutub.

Qeyd edək ki, dekabrın 21-də Serbiya prezidenti Slovakiyanın baş nazirinin Ukraynanın Rusiya qazının öz ərazisindən tranzitini uzatmaqdan imtina etməsi ilə bağlı danışıqlar üçün Moskvaya gedəcəyini bildirib. Müvafiq müqavilənin müddəti ilin sonunda başa çatır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi