Modern.az

Ağstafada dəhşət: 19 yaşlı arvadını atasının evində ÖLDÜRDÜ

Ağstafada dəhşət: 19 yaşlı arvadını atasının evində ÖLDÜRDÜ

Hadisə

22 Dekabr 2024, 22:28

Ağstafada ər arvadını öldürüb. 

Modern.az xəbər verir ki, 19 yaşlı Mədinə Qədimova qətlə yetirilib.

Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə Mədinə Qədimovanın atasının evində baş verib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU