Modern.az

Yuşşenko Ukrayna üçün iki yol göstərdi

Yuşşenko Ukrayna üçün iki yol göstərdi

8 Yanvar 2014, 11:34

“Ukrayna üçün Avropadan  üz döndərmək, bu geriyə doğru addımdır”. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu Fransanın “Liberasion” nəşrinə Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko deyib. Siyasətçi əmindir ki, Ukraynanın indiki rəhbərliyi Viktor Yanukoviçlə hələ işləmək olar. Yuşşenkonun fikrincə, Maydanda etiraz edən insanlar Avropa yolu adlanan yeni siyasi istiqamətin tərəfdarı kimi çıxış edirlər: “Bu Maydan vətəndaşlarındır, siyasi partiyaların yox. Avropa ideyası Ukrayna xalqını birləşdirib”.

Keçmiş prezidentin sözlərinə görə, Ukraynanın iki yolu var. Birincisi, Avropa ilə yaxınlaşmaqdır, ölkənin modernləşdiriliməsidir, korrupsiyaya qarşı mübarizədir, ölkəyə Qərb investisiyasının axınıdır, hüquq-mühafizə orqanlarında islahatların aparılmasıdır. İkincisi, imperiya siyasətinə qayıtmaqdır.

Bundan əlavə, Yuşşenko hesab edir ki, indiki böhrandan çıxmaq üçün nümayişlər zamanı saxlanılanların hamısının azadlığa buraxılması və qəddarlığa görə cavabdehlik daşıyan güc strukturlarının nümayəndələrinin cəzalandırılması da vacibdir. Onun fikrincə, növbəti addım kimi Brüsellə müqavilə imzalamaq olar.

Modern.az   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?