Modern.az

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

8 Yanvar 2014, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu