Modern.az

Azərbaycan-Gürcüstan sərhədində 450 yük maşını növbə gözləyir

Azərbaycan-Gürcüstan sərhədində 450 yük maşını növbə gözləyir

Aktual

23 Dekabr 2024, 16:09

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 77, "Mazımqara" gömrük postunda 16, "Astara" gömrük postunda 73, "Biləsuvar" gömrük postunda yük maşını var. "Xanoba" gömrük postunda hazırda gözləyən yük avtomobili yoxdur.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...