Modern.az

Kürdəmirdə daha bir körpə ÖLÜMÜ

Kürdəmirdə daha bir körpə ÖLÜMÜ

23 Dekabr 2024, 16:13

Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.

Modern.az “Publika.az”a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.

2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.

Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə alınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU