Modern.az

Vəzifəli şəxs hamamda yıxılıb öldü

Vəzifəli şəxs hamamda yıxılıb öldü

23 Dekabr 2024, 18:00

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.

Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.

Bildirilir ki, “JEK” rəhbəri infarktdan həyatını itirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU