Modern.az

Bakıda uçqun oldu: ÖLƏN VAR 

Bakıda uçqun oldu: ÖLƏN VAR 

23 Dekabr 2024, 21:52

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU