Modern.az

Nazirliyin əməkdaşı Xankəndidə VƏFAT ETDİ - FOTO

Nazirliyin əməkdaşı Xankəndidə VƏFAT ETDİ - FOTO

23 Dekabr 2024, 22:16

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov vəfat edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında dünyasını dəyişib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Meyit müayinə üçün morqa aparılıb.

Onun intihar etdiyi barədə iddialar da səsləndirilib. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı. 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU