Modern.az

Bəxtiyar Hacıyev təsdiqlədi: “Fətullah Gülənlə görüşmüşəm”

Bəxtiyar Hacıyev təsdiqlədi: “Fətullah Gülənlə görüşmüşəm”

8 Yanvar 2014, 14:26

“Hazırda nurçuların lideri Fətullah Gülənlə aramızda hər hansı münasibət yoxdur”. Bunu Modern.az-a açıqlamasında gənc fəal Bəxtiyar Hacıyev deyib. O, Fətullah Gülənlə görüşdüyü barədə mətbuatda yazılanları təsdiq edib.

“Dəvət gələn ərəfədə ABŞ-da təhsil alırdım, bir çox dövlət və hökumət başçıları ilə görüşürdük. Amma həm də qeyri-formal liderliklə bağlı da müəyyən dərslər olurdu. Mənim üçün Fətullah Gülənin hər hansı bir formal vəzifəsi olmasa da, bütün dünyada, 100-dən çox ölkədə milyonlarla insanın onu lider kimi qəbul etməsi və onun təşəbbüsü ilə təhsil qurumları açması maraqlı idi. Ona görə də onunla şəxsən görüşmək təklifi mənə maraqlı gəldi”, – deyə B. Hacıyev qeyd edib. 

Qeyd edək ki, B.Hacıyevin F. Gülənlə ABŞ-da görüşməsi barədə “Axar.az” saytı məlumat yayıb.

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi