Modern.az

İsmayıllıda ev yandı - Xəsarət alan var

İsmayıllıda ev yandı - Xəsarət alan var

24 Dekabr 2024, 09:10

İsmayıllıda ev yanıb, 1 nəfər xəsarət alıb.

Bu barədə Modern.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Mücühəftəran kəndində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU