Modern.az

Putin-Paşinyan görüşü OLMAYACAQ

Putin-Paşinyan görüşü OLMAYACAQ

Dünya

24 Dekabr 2024, 14:23

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş planlaşdırılmır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti və Avrasiya Ali İqtisadi Şurasının sessiyası çərçivəsində baş tutub-tutmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Ayrıca görüş nəzərdə tutulmayıb, lakin zərurət yaranarsa, onların tədbir çərçivəsində danışmaq imkanı olacaq". 

Görüşlər dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi