“Qazaxıstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir dövlət siyasəti yoxdur və ola da bilməz”.
Bunu Modern.az saytına açıqlamasında Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov deyib. O, Qazaxıstanla Ermənistanın birgə istehsalı olan “At gedişi” filminə münasibət bildirərkən qeyd edib ki, bu, təxribat xarakteri daşıyır.
“Belə bir film reklam xarakterli təxribatdır. Qazaxıstan hökuməti dərhal bu filmə öz münasibətini bildirəcək”-deyən V. Salahov Qazaxıstanın Azərbaycanın işğal olunmuş Qarabağla bağlı siyasətini xatırladıb.
Qeyd edək ki, sözügedən filmdə Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ərazisi kimi göstərilməsi barədə müzakirələr gedir.
Aqşin Kərimov