Modern.az

İran "WhatsApp" qadağasını ləğv etdi

İran "WhatsApp" qadağasını ləğv etdi

Dünya

25 Dekabr 2024, 00:43

İranda sosial media qadağası tədricən aradan qaldırılır.

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

İranın kommunikasiya və informasiya texnologiyaları naziri Səttar Haşimi qadağanın tədricən aradan qaldırılması ilə bağlı açıqlama verib.

O, "WhatsApp" və "Google Play" platformalarına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.

Digər sosial şəbəkələrə qoyulan qadağaların da ləğv ediləcəyi istisna edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi