Modern.az

Asim Molllazadədən etiraz: “Bu sənəd rədd edilməlidir”

Asim Molllazadədən etiraz: “Bu sənəd rədd edilməlidir”

8 Yanvar 2014, 16:23


“Dağlıq Qarabağın suveren dövlət kimi tanınması ilə bağlı qanun layihəsinin Kaliforniya ştatı parlamentində müzakirəsi erməni diasporu və lobbisinin fəaliyyəti nəticəsində təklif olunub. Bu, həm beynəlxalq hüquq normalarına kobud zərbədir, həm də Birləşmiş Ştatlarının milli maraqlarına ciddi zərbədir. Üstəlik, Amerikanın bəyan etdiyi siyasətə ziddir”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Amerika parlamentlərarası İşçi Qrupunun üzvü, deputat Asim Mollazadə deyib. “Azərbaycan və Türkiyə icmaları nümayəndələri həm ictimaiyyəti, həm də siyasətçiləri bu sənədlə bağlı məlumatlandıracaqlar. Bu sənəd təbii olaraq rədd edilməlidir”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının parlamentində deputat Mayk Qato Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı qanun layihəsini təqdim edib.  

Rafiq Qənbərov
 
Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu