Modern.az

Azərbaycan təyyarəsi Aktauda qəza ENİŞİ ETDİ - ANBAAN GÖRÜNTÜLƏR

Azərbaycan təyyarəsi Aktauda qəza ENİŞİ ETDİ - ANBAAN GÖRÜNTÜLƏR

Ölkə

25 Dekabr 2024, 11:06

Azərbaycandan uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Orda" nəşri məlumat yayıb.

 

Bildirilir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

 

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

 

AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

 

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

 

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi