Modern.az

Türk dövlətləri arasında diplomların tanınmasına dair xüsusi qurum yaradılır

Türk dövlətləri arasında diplomların tanınmasına dair xüsusi qurum yaradılır

25 Dekabr 2024, 11:18

 

"Türk dövlətləri arasında diplomların tanınmasına dair xüsusi bir qurum yaradıla bilər".

 

Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Bu məsələ hələ ki, bir ideya, təşəbbüs halındadır. Aidiyyəti qurumlar fəaliyyət göstərir. Elə bir qurum yarandığı təqdirdə ictimaiyyətə açıqlama veriləcək", - deyə məlumatda bildirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu