Modern.az

Pirotexniki vasitələr satan 17 nəfər saxlanıldı

Pirotexniki vasitələr satan 17 nəfər saxlanıldı

Aktual

25 Dekabr 2024, 13:06

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın Sabunçu, həmçinin, Ağdaş,  Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı  yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17  nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə  göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu