Modern.az

Baş Prokurorluq Rafiq Tağının ölümünə görə açılan cinayət işinə aydınlıq gətirdi

Baş Prokurorluq Rafiq Tağının  ölümünə görə açılan cinayət işinə aydınlıq gətirdi

8 Yanvar 2014, 17:24


Baş Prokurorluq mərhum yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı başlanmış cinayət işinə dair yeni açıqlama verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri  Eldar Sultanov Modern.az-a verdiyi açıqlamada bildirib:

“Əvvəllər də məlumat verildiyi kimi 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.  
İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən  cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılmışdır. Lakin, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilmiş və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaqdır”.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu