Modern.az

Suriyanın keçid hökumətindən İrana xəbərdarlıq: “İşlərimizə qarışma!”

Suriyanın keçid hökumətindən İrana xəbərdarlıq: “İşlərimizə qarışma!”

Dünya

25 Dekabr 2024, 13:44

Suriyanın keçid hakimiyyəti İran İslam Respublikasına Suriyada xaos yaymamaq barədə xəbərdarlıq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və bütövlüyünə hörmət etməlidir. İran bizim daxili işlərimizə qarışmamalıdır!”, - deyə əl-Şibani vurğulayıb.

"Biz onları (iranlıları) Suriyada xaos yaymamaq üçün xəbərdar edirik", - əl-Şibani əlavə edib.

Qeyd edək ki, İran keçmişdə Bəşər Əsəd hakimiyyəti ilə yaxın münasibətdə olub. Tehran Əsəd rejimi devriləndən sonra Suriyadakı mövcudluğunu bərpa etməyin yollarını arayır.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı