Modern.az

Ötən il 149 çoxmərtəbəli bina təbii qazla təmin olunub

Ötən il 149 çoxmərtəbəli bina təbii qazla təmin olunub

8 Yanvar 2014, 17:55

2013-cü ildə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində mühüm göstərici əldə edib. Bu barədə Modern.az-a  “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, Birliyin bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim edilərək 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir. 

Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu