Modern.az

Dünya liderlərindən təyyarə qəzası ilə əlaqədar BAŞSAĞLIĞI

Dünya liderlərindən təyyarə qəzası ilə əlaqədar BAŞSAĞLIĞI

Dünya

25 Dekabr 2024, 20:45

Bolqarıstan Prezidenti Rumen Radev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bolqarıstan Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün kədərlənir. Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayıram”, - Radev yazıb.

 

***

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması və insanların həlak olması ilə bağlı xəbər bizi dərindən sarsıtdı.

ICESCO adından və şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və o çətin anı yaşamış bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Kədərinizə şərikik və bu faciəvi hadisənin ağrı-acılarını Sizinlə birgə bölüşürük

Dünyasını dəyişənlərin ruhu şad olsun. Yaralananların tezliklə sağalması üçün dua edirik. Allah həlak olanların ailələrinə və yaxınlarına səbir versin.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Bu qüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsində həyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasını diləyirik.

Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı.

Gürcüstan Hökuməti və gürcü xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda biz qardaş Azərbaycanın yanındayıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.

Zati-aliləri, Sizin və dost Azərbaycan xalqının kədərini bölüşürük".

***

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".

***

14:12

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidmətinə istinadən məlumat verib.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.

Ş.Mirziyoyev yaralılara tezliklə sağalmalarını arzu edib.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Modern.az xəbər verir ki, İlham Əliyevə ünvanlanan məktubda deyilir:

"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".

***

Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, xarici ölkələrin Xarici İşlər nazirlikləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.


Modern.az xəbər verir ki, bu barədə Belta məlumat yayıb.

****

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

***

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

O, bu barədə rəsmi “X” hesabında yazıb.

“Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”, - paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi