Modern.az

Manatın məzənnəsi artıb

Manatın məzənnəsi artıb

İqtisadiyyat

25 Dekabr 2024, 18:00

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.

Bu barədə Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 2,1 bənd, ilin əvvəlinə nisbətən 5,5 bənd , ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,7 bənd çoxdur.

Dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu, aylıq müqayisədə 2,8 bənd, ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər